11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub

08-03-2025
IMG

Stolüstu tennis üzrə respublika turnirinə yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yarış Sumqayıtda keçirilib. Yarışda Sumqayıt idmançılari ilə yanaşı, Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan 80-ə yaxın stolüstü tennisçi iştirak edib. 2014-cü il və aşağı təvəllüdlü idmançıların qatıldığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib olub. Cəfər Almədədli 2-ci, Həsrət Kamilov 3-cü yeri tutublar.

Qızların mübarizəsi Banu İmanverdizadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ilə Mehri Aslanzadə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Fərqlənən idmançilara Azərbaycan Stolüstu Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Paylaş: