12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Çin şirkətindən böyük addım: insanabənzər robotlara 13 milyard dollar investisiya

11-03-2025
IMG

Çində yerləşən avtomobil şirkəti “Xpeng”  insanabənzər robotlara uzunmüddətli investisiyalar qoymağı planlaşdırır. Şirkətin hədəfində 13,8 milyard dollara qədər böyük investisiyalar var. 

Şirkətin baş direktoru He Xiaopeng illik parlament iclası zamanı bildirib ki, “Xpeng” bu sənayeni uzunmüddətli layihə kimi görür və onun investisiyaları 100 milyard yuana (13,8 milyard dollar) çata bilər. 

Xiaopeng "Daha 50 milyard yuan, hətta 100 milyard yuan da sərmayə qoya bilərik" desə də, şirkətin hazırkı sərmayələri haqqında məlumat verməyib.

Qeyd edək ki, şirkət 2020-ci ildə insanabənzər robot sənayesinə daxil olub və keçən ilin noyabr ayında “Tesla Bot”-a rəqib olaraq hazırladığı “Iron” adlı robotu təqdim edib.

Paylaş: