Bu ilin iki ayında Azərbaycanın qeyri-neft ixracı 6 faizdən çox artıb
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 485 milyon dollar təşkil edib.
Fhnews.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart ayı üçün ilkin rəqəmlərinə istinadla bildirir ki, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3 faiz artaraq 153,9 milyon dollara bərabər olub.
İcmala əsasən, bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, kimya sənayesi məhsulları 30 faiz, çay 21,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar 2,8 faiz artıb.
Hesabat dövrü ərzində aqrar məhsulların ixracı 9,5 faiz artaraq 119,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 17,7 faiz artaraq 43 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 faiz artaraq 162,8 milyon dollar təşkil edib.
Azərbaycan və İspaniya arasında strateji...
Azərbaycan-İspaniya biznes forumu...
Bu il 85 mindən çox “ASAN İmza”...
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı...
Azərbaycan və İspaniya arasında iqtisadi...