11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Cənubi Koreyada təlim zamanı qırıcının bombaladığı ərazi xüsusi fəlakət zonası elan edilib

08-03-2025
IMG

Cənubi Koreyada hərbi təlim zamanı qırıcı təyyarələrin səhvən bombaladığı Poçhon qəsəbəsi xüsusi fəlakət zonası elan edilib.

Fhnews.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, ölkə prezidenti səlahiyyətlərini icra edən Çoy Sanq Mok qəsəbənin xüsusi fəlakət zonası elan edilməsi üçün müvafiq qurumlara tapşırıq verib. O, səlahiyyəti qurumlara insident nəticəsində böyük dağıntıya məruz qalmış qəsəbənin bərpası və sakinlərə lazımi dəstək verilməsi üçün göstəriş də verib.

Qeyd edək ki, martın 6-da səhər saat 10:00 radələrində Cənubi Koreya və ABŞ hərbçilərinin keçirdiyi təlim zamanı Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus 2 ədəd KF-16 təyyarəsinin pilotlarının təlim zonasından kənarda olan yaşayış məntəqəsinə səhvən 8 ədəd “MK-82” mərmisi atıblar. Nəticədə kilsə, inzibati binalara və fərdi evlər daxil olmaqla bir neçə tikiliyə, avtomobillərə ciddi ziyan dəyib, 15-i mülki sakin olmaqla 29 nəfər xəsarət alıb. Yaralananlar arasında əcnəbilər də var. Paytaxt Seuldan 40 kilometr məsafədə olan Poçhon qəsəbəsi ölkənin Şimali Koreya ilə sərhədinə yaxın yerləşir.

“MK-82” bina və körpü kimi strukturları məhv etmək üçün geniş istifadə olunan bombadır. Partlayış təxminən 8 metr diametrdə, 2,4 metr dərinlikdə çuxur meydana gətirir.

Paylaş: