12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Xarici işlər naziri Ceyhun Bayramov təyyarə qəzası zamanı göstərilən yardıma görə Qazaxıstana təşəkkür edib

11-03-2025

Ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəmizin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərhal sonra axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan dövlətinə və bütün qazax xalqına təşəkkür edirəm.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə aparılan danışıqlardan sonra jurnalistlər üçün brifinqdə deyib.

“Azərbaycan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmimi münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir”, - nazir deyib.

Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Paylaş: