12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb
 

11-03-2025
IMG

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Boks Federasiyasından verilən məlumata görə, Aynur Mikayılova (57 kiloqram) 1/16 finalda Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.

Paylaş: