11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

BDU-nun iki komandası IWISE 2025 yarışmasında uğur qazanıb

10-03-2025
IMG

Martın 9-da “International World Innovative Student Expo 2025” (IWISE) yarışması keçirilib. Yarışda tələbələr “STEM", “Itech", "Robotics” kateqoriyaları üzrə layihələr təqdim ediblər. Yarışda Bakı Dövlət Universiteti (BDU) “EcoGenX”, “STAJ”, “TechTitans” ve “RoSE” komandaları ilə təmsil olunub.

BDU-dan verilən məlumata görə, universitetin “STAJ” komandası “Itech” kateqoriyası üzrə I, “TechTitans” komandası isə “Robotics” kateqoriyası üzrə II yerə layiq görülüb.

Qeyd edək ki, yarışmada I yerə layiq görülən “STAJ” komandası iyunun 15-dən 20-dək ABŞ-ın Boston şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Paylaş: