Dünya çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.
Fhnews.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.
54 kiloqram çəkidə mübarizə aparan boksçu 1/16 finalda Ermənistanı təmsil edən Yekaterina Sıçeva ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kiloqram) da mübarizəyə qoşulacaq.
Avropa çempionatı: Azərbaycanın qadın...
Azərbaycanın qadın güləşçisi Avropa...
Kross qaçışı üzrə Bakı şəhər yaz...
Bakıda kəndirlə mübarizə idman növü üzrə...
Çimərlik futbolu üzrə Azərbaycan millisi...