Çində insan iştirakı olmadan tapşırıqları icra edən süni intellekt agenti təqdim olunub
Çin mühəndisləri tam avtonom işləyən, sərbəst qərarlar qəbul etməyi və insan iştirakı olmadan çətin tapşırıqları yerinə yetirməyi bacaran dünyanın ilk süni intellekt agenti “Manus”u təqdim ediblər.
Fhnews.az “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, çat-botlardan fərqli olaraq, “Manus” idarəçi kimi fəaliyyət göstərərək, ixtisaslaşmış köməkçilərin işini əlaqələndirir. Bu texnologiya kadr seçimi və veb-saytların hazırlanmasını avtomatlaşdıraraq əmək bazarını dəyişdirə bilər. “Manus” eyni zamanda cəmiyyət üçün süni intellektin fəaliyyəti ilə bağlı tənzimləmə və məsuliyyət məsələlərini də gündəliyə gətirir.
“ChatGPT”, “Gemini” və ya “Grok” kimi komanda gözləyən çat-botlardan fərqli olaraq, “Manus” özü qərar qəbul edir və göstəriş olmadan işləyir. Məsələn, xahiş etsən ki, “Mənə mənzil tap”, “Manus” cinayət səviyyəsi, ətraf mühit, qiymət kimi vacib faktorları da nəzərə alaraq, münasib variantlar təklif edəcək.
“Manus” çox sayda ixtisaslaşmış köməkçini əlaqələndirən idarəçi kimi işləyərək, çoxmərhələli və mürəkkəb tapşırıqları yerinə yetirməyi bacarır. Üstəlik, o, fon rejimində işləyərək, bütün əməliyyatları müstəqil şəkildə yerinə yetirir və yalnız nəticələr hazır olduqda məlumat verir və insan tərəfindən daimi nəzarətə də ehtiyac duymur.
Gələcəkdə bu sistem insanların işə qəbul sistemini tamamilə dəyişdirə bilər. Məsələn, yeni kadr seçimi zamanı “Manus” müstəqil şəkildə tərcümeyi-halı təhlil edə, bazar tendensiyalarını nəzərə ala və ideal namizədləri müəyyənləşdirərək ətraflı hesabatlar təqdim edə bilər. Bütün bunlar insan müdaxiləsi olmadan həyata keçirilir. Eyni zamanda, “Manus” sosial şəbəkələrdən məlumat toplayaraq, onları onlayn yerləşdirərək və hostinqlə bağlı texniki problemləri həll edərək, sıfırdan veb-saytlar yarada bilər.
“Manus” süni intellekt sahəsində Çinin böyük uğuru hesab edilən “DeepSeek”in təqdimatından cəmi bir il sonra meydana çıxıb.
Adi süni intellekt sistemlərindən fərqli olaraq, “Manus” tamamilə avtonom işləmək qabiliyyətinə malikdir. Bu isə kütləvi ixtisarlar riskini artırır və cəmiyyət qarşısında yeni problemlər yaradır. Mühüm sual isə budur: “Süni intellektin fəaliyyətinə görə məsuliyyəti kim daşıyacaq?” Axı, mövcud qanunlar bu cür texnologiyaların tənzimlənməsi üçün hələ tam hazır deyil.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...