11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Bu il Monqolustanda meşə yanğınları nəticəsində 71 min hektardan çox ərazi məhv olub

10-03-2025
IMG

Bu ilin əvvəlindən Monqolustanda 14 meşə və çöl yanğını qeydə alınıb, ümumilikdə 71 min 495 hektar meşə və çəmənlik yanıb.

Fhnews.az MONTSAME agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, meşə yanğınlarının söndürülməsinə 820 nəfər və 149 yanğınsöndürən maşın cəlb olunub.

Mütəxəssislərin fikrincə, təbii yanğınların əsas səbəbləri vətəndaşların yanğınla ehtiyatsız davranması, o cümlədən qəsdən ot və dağıntıların yandırılmasıdır.

Milli Fövqəladə Hallar İdarəsi Monqolustanın əksər bölgələrində quru və küləkli hava şəraiti ilə əlaqədar olaraq, 2025-ci ilin yazında meşə-çöl yanğınları riskinin yüksək olacağını bildirib və ictimaiyyəti mümkün yanğınların qarşısını almağa çağırıb.

Paylaş: