Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın altı boksçusu Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, məşqçilər heyəti yarışda Tural Sarıyev (50 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (65 kiloqram), Mehdi Həsənov (70 kiloqram), Fəqan Məmmədov (80 kiloqram) və Sürət Qarayevə (90 kiloqram) şans verəcək.
Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.
Avropa çempionatı: Azərbaycanın qadın...
Azərbaycanın qadın güləşçisi Avropa...
Kross qaçışı üzrə Bakı şəhər yaz...
Bakıda kəndirlə mübarizə idman növü üzrə...
Çimərlik futbolu üzrə Azərbaycan millisi...