Havasının ən çirkli olduğu ölkələr açıqlanıb
Yeni araşdırma dünyanın ən çirkli havasına sahib olan ölkələri müəyyən edib. İsveçrənin hava keyfiyyəti texnologiyası şirkəti “IQAir” son hesabatı ilə dünyada yalnız 7 ölkənin standartlara uyğun olduğunu açıqlayıb.Birinci yerdə Çad, ikinci yerdə Banqladeş və sonra Pakistan gəlir. Dünyada cəmi 7 ölkənin hava keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi standartlara cavab verir.
İstanbul ən çirkli böyük şəhərlər arasında 19-cu yeri tutur. Şirkətin 2024-cü il hesabatına görə, dünyanın ən çirkli havasına malik ölkələr sırasıyla Çad, Banqladeş, Pakistan, Konqo Demokratik Respublikası və Hindistandır.
Bu 5 ölkədə havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi həddi 10 dəfə keçib.
Dünyanın ən çirkli paytaxt şəhəri Hindistanın paytaxtı Yeni Dehlidir. Dünyanın ən çirkli havasına malik 10 şəhərdən 6-nın yerləşdiyi Hindistanda havanın çirklənməsi 2024-cü ildə 2023-cü ilə nisbətən 7 faiz azalıb. Çində də 2013-2020-ci illər arasında çirklənmə yarıbayarı azalıb.
Avropanın ən çirkli havası olan ölkə Bosa Herseqovinadır. Bosniya və Herseqovinadan sonra Şimali Makedoniya və Serbiya gəlir.
Dünyada havası standartlara tam uyğun gələn cəmi 7 ölkə var. Bu ölkələr Estoniya, İslandiya, Avstraliya, Yeni Zelandiya, Baham adaları, Qrenada və Barbadosdur.
Burkina Faso, İran və Əfqanıstan kifayət qədər məlumat olmadığı üçün hesabata daxil edilməyib.
Havanın çirklənməsi dünyada yüksək təzyiqdən sonra ölümə səbəb olan ən böyük risk faktoru hesab edilir. Dünyada hər il 7 milyon insan havanın çirklənməsi səbəbindən ölür.
Saturn ətrafında 128 yeni peyk kəşf...
İqlim sammiti üçün Amazon meşələrində...
Çin alimləri tərəfindən insult və...
Tramp Kanadadan polad və alüminium...
Avstraliyalı xəstə süni ürəklə 100 gün...