Paytaxtda məktəblərin mikroəraziləri ilə bağlı 1630 müraciət cavablandırılıb
2025-2026-cı tədris ili üzrə Bakı məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 1630 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, fevralın 12-dən martın 10-dək BŞTİ-nin Çağrı Mərkəzinə (146-1 nömrəli) 1347 zəng, [email protected] elektron poçtuna 222 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə isə 61 vətəndaş müraciət edib.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər formanı doldurub, martın 14-nə kimi 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
Şimali Makedoniya Prezidenti ADA...
Folklor İnstitutunda tələbələrin...
ADA Universiteti “Bank of Baku”nun...
BDU əməkdaşları “Huawei”in 5G...
BDU-da petrologiya və filiz...