11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Amerikanın 12 ştatında qızılca epidemiyası  yayılıb

10-03-2025
IMG

Xüsusilə ABŞ-nın Texas və Nyu Meksiko ştatlarında təsirli olan qızılca son həftələrdə daha da artıb. 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri  ölkədəki qızılca epidemiyası ilə bağlı açıqlama verib. Mərkəzin rəsmi saytında verilən məlumatda ölkə daxilində əksəriyyəti uşaq olmaqla ümumilikdə 222 yoluxma faktının aşkar edildiyi,bu halların Texas və Nyu-Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu-Cersi, Nyu York, Pensilvaniya, Rod-Aylend və Vaşinqtonda daha da çox yayıldığı bildirilib. 

ABŞ-nın səhiyyə naziri Robert Kennedi vəzifəyə gəldikdən sonra prezident Donald Trampın keçirdiyi kabinet iclasında ölkədə yenidən başlayan qızılca epidemiyası ilə bağlı ilk açıqlamasını verib. Texasda qızılcaya qarşı peyvənd olunmayan bir uşağın ölümü ilə bağlı suala Kennedi "Bu qeyri-adi bir vəziyyət deyil, biz hər il qızılca epidemiyası yaşayırıq"-deyə cavab verib.

2000-ci ildən bəri ölkədə görünməyən qızılcadan bir uşağın ölümünü normal hesab edən nazir Kennedi epidemiyanı əhəmiyyətsiz kimi göstərməyə çalışdığı üçün tənqid edilib.

Paylaş: