Çin alimləri tərəfindən insult və infarkt peyvəndində yeni addım
Çin alimləri arteriyalarda qan laxtalanmasına, insultlara və infarktlara səbəb ola biləcək lövhə yığılmasının qarşısını almaq üçün mümkün peyvənd hazırlayıblar.Damarlarda yağ lövhəsinin yığılması, ateroskleroz kimi tanınan bir vəziyyət bütün dünyada əsas ölüm səbəbidir. İltihab nəticəsində damarların sərtləşməsi qan axınını dayandıra bilər və insult, anevrizma və ya infarktla nəticələnə bilər. Ateroskleroz təbii maneələrdən və fermentlərdən ibarət orqanizmin immuniteti, eləcə də onun anticisimlərdən ibarət adaptiv sistemləri vasitəsi ilə yaranan iltihablı xəstəlikdir.
Skan vasitəsilə diaqnoz qoyulan bu tip arterial tıxanma halları angioplastika və qan damarlarının tıxanmasının qarşısını almaq üçün stentlərin istifadəsi kimi cərrahi müdaxilələrlə müalicə olunur.
Peyvəndin xəstəliyin müalicəsi və ya qarşısının alınması üçün istifadə oluna biləcəyi uzun müddətdir elmi nəzəriyyələrin əsas mövzusudur.
“Nature Communications” akademik jurnalında dərc edilən yeni araşdırmada siçanlarda aterosklerozun inkişafını azalda bilən peyvənd müəyyən edilib. "Bizim nanovaksin dizaynımız və preklinik məlumatlarımız aterosklerozun profilaktik müalicəsi üçün mümkün variant təklif edir"-deyə Çinin Nankinq Elm və Texnologiya Universitetinin alimləri bildiriblər.
Hindistanda "Rənglər Festivalı" qeyd...
BMT Rohinca müsəlmanlarına maliyyə...
Alimlər: Süd Yolunun mərkəzində qəribə...
Qazaxıstanda uşaqlar üçün SİM kartlar...
Çində nəhəng İnnovasiya Mərkəzi...