Hindistanda "Rənglər Festivalı" qeyd olunub
Hindistanda rənglər festivalı kimi tanınan “Holi festivalı” Vrindavan şəhərində dul qadınlar tərəfindən qeyd edilib.Holi Hindu təqviminin 12-ci və sonuncu ayında, Phalqunanın sonuncu tam ayında qeyd olunur. Bu tarix Qriqorian təqvimi ilə fevralın sonu ilə martın əvvəlinə təsadüf edir. Buna görə də, Phalgunanın sonuncu tam ayı adətən mart ayında qeyd olunur. Rəvayətə görə, şərin rəmzi olan Holikanın məğlubiyyəti xeyirin qələbəsini ifadə edir və bu qələbənin şövqü ilə şənliklər keçirilir.
İştirakçılar bir-birinin üstünə parlaq rəngli toz ataraq yazın gəlişini qeyd edirlər. “Holi festivalı” Hindistandan başqa Nepal, Banqladeş və hind diasporunun cəmləşdiyi bir çox ölkələrdə də qeyd olunur.
50 ildən sonra tapılan rəsm əsəri kimə...
Qanlı Ay tutulması...
Quraqlıqdan təsirlənən Düdən gölündə...
Dünyanın ən əsrarəngiz bölgələrindən...
Hindistanda "Rənglər Festivalı" qeyd...