12 mart 2025, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Dünyanın ən əsrarəngiz bölgələrindən olan Pamukkaleyə turist axını hər il artır

12-03-2025
IMG

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən, Türkiyənin məşhur Pamukkale turizm mərkəzini 2000-ci ildən indiyədək 37 milyon 401 min 110 turist ziyarət edib.

Fhnews.az xəbər verir ki, Türkiyənin Egey bölgəsinin Denizli vilayətinə bağlı, əsrarəngiz gözəlliyi ilə seçilən, ölkənin ən məşhur turizm mərkəzlərindən biri olan Pamukkale ilin hər mövsümü əcnəbilərin böyük marağına səbəb olur. Dünyanın dörd bir yanından gələn ziyarətçilər unikal travertenləri ilə seçilən bu məkanda 2200 illik keçmişə sahib Hierapolis Antik Şəhərində tarixlə iç-içə zaman keçirirlər.

Görünüş baxımından, adından da bəlli olduğu kimi pambığı xatırladan bu məkan yerdən qaynayan bulaqları, antik Hierapolis şəhəri və Kleopatra hovuzu ilə ziyarətçilərin diqqətini özündə cəlb edir. Antik şəhərdəki hamam-bazilika, teatr, Apollon Məbədi, su kanalları və kilsələr bölgənin təbii gözəlliklərini tarixi irslə birləşdirir.

Xüsusilə son illər Pamukkaleyə gələn turistlərin sayında böyük artım müşahidə edilir.

COVID-19 pandemiyası ilə bağlı Pamukkaleyə gələn ziyarətçi sayı azalsa da bu rəqəm 2021-ci ildən etibarən yenidən artmağa başlayıb. Belə ki, 2020-ci ildə 625 min 210 nəfərin ziyarət etdiyi Pamukkaleyə 2021-ci ildə 1 milyon 200 min 650 turist gəlib və bu rəqəm ötən il 2 milyon 445 min 733-ə yüksəlib. Bu ilin ilk iki ayı ərzində isə Pamukkaleyə 173 min 622 turist gəlib.

Paylaş: