Dendrologiya İnstitutunda yeni toxum növləri üzrə təcrübə aparılır
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Meşə ekosistemləri və Dendroxronologiya laboratoriyasının əməkdaşları yeni növ toxum növləri üzrə təcrübə aparıblar.
Fhnews.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Qeyd edilib ki, Dendrologiya İnstitutu dünyanın müxtəlif botanika bağları və institutları ilə toxum mübadiləsi aparır. İlin əvvəlindən xarici ölkələrdən ümumilikdə 24 növ, 27 cins, 19 fəsiləyə aid olan toxum növləri əldə edilib. Yeni növ toxum nümunələri qeydə alınıb, morfoloji göstəriciləri təsvir edilib, fotoşəkilləri çəkilib. Hər yeni növ bitkinin bioloji xüsusiyyətinə uyğun olaraq səpinə hazırlanıb. Toxumların keyfiyyətini yoxlamaq üçün laboratoriya şəraitində petri fincanında cücərdilib. Yeni növlərin açıq və qapaqlı şəraitində adaptasiyası, böyümə dinamikası, illik boy artımı, fenoloji inkişaf mərhələləri araşdırılır.
AMEA-da “İstiqlal marşı”nın qəbul...
Dendrologiya İnstitutunda yeni toxum...
BDU-da süni intellekt...
Azərbaycan universitetləri 5 fənn sahəsi...
Dizaynın müasir problemləri - AzMİU-da...