Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə başlanılıb
Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə start verilib
Fhnews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsi iyunun 3-dən 6-dək keçiriləcək. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir.
Qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.
BDU-da kibergigiyena və onlayn...
“Sabahın alimləri” XIV Respublika layihə...
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də...
ADA Universitetində 11-ci Bahar Gənclik...
BDU-nun “Gənc istedadlar” liseyinin...