Agentlik: 231 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.
Agentlikdən verilən məlumata görə, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
BDU-da kibergigiyena və onlayn...
“Sabahın alimləri” XIV Respublika layihə...
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də...
ADA Universitetində 11-ci Bahar Gənclik...
BDU-nun “Gənc istedadlar” liseyinin...