13 mart 2025, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Tağıyev qəsəbəsində güclü yanğın baş verib (video)

12-03-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam örtüyünün taxta atmaları 200kv.m. sahədə yanıb.

Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.

Paylaş: