13 mart 2025, cümə axşamı Bakı, 8°C
IMG-LOGO

Nigeriyada meningit epidemiyası

12-03-2025
IMG

Nigeriyanın şimal-qərbində yerləşən Kebbi əyalətində meningit epidemiyası nəticəsində azı 26 nəfər ölüb.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, yanvarın sonlarına doğru elan edilən epidemiyanın ötən həftə şübhəli halların ani artımı ilə daha ölümcül olduğu bildirilib.
Xəstəliyin qızdırma, şiddətli baş ağrısı, boyun sərtliyi, qarın ağrısı, qusma, ishal və işığa həssaslıq kimi əlamətlərlə fərqlənə biləcəyini ifadə edən səlahiyyətlilər, ümumilikdə 248 şübhəli epidemik vəziyyətlə qarşılaşdıqlarını bildirib. Əhaliyə dərman və digər tibbi ləvazimatlar paylanılıb. Nigeriyada bu epidemiyalar adətən quru mövsümdə aşağı rütubət və tozlu şərait səbəbindən baş verir və adətən yağışlı mövsümün başlaması ilə azalır.

Paylaş: