13 mart 2025, cümə axşamı Bakı, 7°C
IMG-LOGO

Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 100-ə yüksəlib

12-03-2025
IMG

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin verdiyi açıqlamada ölkədəki epidemiyanın ilin əvvəlindən bu yana ölkənin 13 əyalətinin 75 bölgəsinə yayıldığı bildirilib.

Açıqlamada ölkədə son bir həftədə 29 nəfərdə Lassa qızdırmasının müşahidə edildiyi və onlardan 5 nəfərin dünyasını dəyişdiyi, beləliklə, bu il aşkar edilən Lassa qızdırması hallarının sayının 535-ə, xəstəlikdən ölənlərin sayının isə 100-ə yüksəldiyi bildirilib. Keçən il epidemiya səbəbindən ölkə üzrə 190 nəfər ölüb.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan etmişdi.

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Paylaş: