NASA səmanın 3D xəritəsini yaradacaq
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi aşağı Yer orbitindən milyonlarla qalaktikanın tədqiqi və bütün səmanın 3D xəritəsinin yaradılması planlaşdırılan SPHEREx teleskopunu kosmosa göndərib.
NASA-nın rəsmi internet saytında verilən açıqlamaya görə, "SPHEREx" adlı yeni kosmik müşahidə teleskopu və "PUNCH" adlı peyklər yerli vaxtla saat 20.10-da SpaceX-ə aid Falcon 9 raketi ilə ABŞ-nın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri Bazasından kosmosa buraxılıb. Qalaktikaların necə əmələ gəldiyini və inkişaf etdiyini izah etmək üçün 2 il ərzində alçaq Yer orbitində olan 450 milyon qalaktikanın araşdırılmasını hədəfləyən SPHEREx missiyasında hər 6 aydan bir səmanın 3D xəritəsinin yaradılması planlaşdırılır. SPHEREx həmçinin Günəş sisteminin daxil olduğu Süd Yolu Qalaktikasında həyat üçün zəruri olan donmuş su və molekulları da axtaracaq.
Eyni buraxılışda kosmosa göndərilən dörd “PUNCH” peyki ilə Günəşin xarici atmosferinin tədqiq edilməsi planlaşdırılır.Günəş sistemi üzərində 3D müşahidələr aparması gözlənilən “PUNCH” kosmosda günəş küləklərinin və hava hadisələrinin necə baş verdiyini araşdıracaq.
Taylandın ilk rəqəmsal incəsənət...
NASA səmanın 3D xəritəsini yaradacaq...
Nigeriyada meningit epidemiyası...
Vyetnamın "Meymun adası"...
Nigeriyada Lassa qızdırmasından...