Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb (video, foto)
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın məhdudlaşdırılıb.
Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qusarda mürəkkəb relyefli dağlıq ərazidə...
Tağıyev qəsəbəsində güclü yanğın baş...
Nərimanov rayonunda yerləşən “Dərnəgül”...
Qarayazı qoruğunda baş verən yanğın...
Ağstafada Qarayazı qoruğunda yanğın olub...