TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib
Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən , TBMM-in sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.
Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.
Milli Məclisin iclasında Nazirlər...
Qlobal Bakı Forumunda "Sülh-münaqişə...
İqtisadi Əməkdaşlıq Təşkilatının...
Milli Məclisin növbəti iclasının...
Arayik Harutyunyan Gəncənin bombalanması...