Qədim Perge şəhərində Afrodita heykəli tapılıb
Antalyanın Perge Antik şəhərində aparılan qazıntılar zamanı Roma dövrünə aid 5 fərqli heykəl üzə çıxarılıb.
Tapılan heykəllər Pergenin heykəltəraşlıq ənənəsi haqqında yeni məlumatlar verir və antik dövrün bədii və ictimai quruluşunu anlamağa kömək edir.
Qazıntılar zamanı ortaya çıxan əsərlər arasında ən diqqət çəkəni təxminən iki metr hündürlüyündə olan Afrodita heykəlidir. Heykəlin dibində bir delfin üzərində oturan Erosla sevgi və gözəllik ilahəsi Afrodita vəhdətdə təsvir edilmişdir. İlkin araşdırmalara görə, bu əsər bizim eranın II əsrinə aid Roma İmperatorluğu dövrünün surəti hesab edilir.
Afrodita heykəlinin düz yanında yerləşən başqa bir əsər isə 1,87 metr hündürlüyündə ayaq üstə duran və geyinmiş qadını təsvir edən heykəldir. Mütəxəssislər bu heykəlin üslub xüsusiyyətlərinə görə Severan dövrünə (193-235-ci illər) aid ola biləcəyini bildirirlər. Eyni ərazidə oxşar xüsusiyyətlərə malik daha bir geyimli qadın heykəli iki parça halında tapılmış və ehtimal ki, qədim zamanlarda yıxılaraq zədələnmişdir. Qazıntı qrupu Pergenin Şərq küçəsində yan-yana tapılan kişi və qadın heykəlini də üzə çıxarıb. Klassik Roma geyimində təsvir olunan bu heykəllərin yeri onların şəhər abidəsinin və ya ictimai binanın bir hissəsi kimi tərtib edildiyini deməyə əsas verir.
Qeyd edək ki, Pamfiliya bölgəsinin ən əhəmiyyətli şəhərlərindən biri olan Perge Hellenistik və Roma dövrlərində heykəltəraşlıq sənətinin əhəmiyyətli mərkəzlərindən biri olub. Şəhərdəki emalatxanalarda istehsal olunan əsərlər böyük ustalıqla işlənərək Roma İmperiyasının müxtəlif bölgələrinə ixrac edilərək qədim sənət aləminə böyük təsir göstərmişdir.
Türkiyənin Avropa İttifaqına üzvlük...
Ötən il Avropada son 27 ildə ən yüksək...
İstanbul hava məkanında "leylək"...
ABŞ-da yumurta böhranı...
Mozambik və Malavidə "Jude" qasırğası...