PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıqlar davam edir
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıqlar çərçivəsində milli layihə koordinatorlarının ikinci görüşü keçirilib.
Fhnews.az xəbər verir ki, Təhsil İnstitutundan verilən məlumata görə, Azərbaycan PIRLS (Progress in International Reading Literacy Study – Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) üzrə ilk dəfə olaraq 2026-cı ildə rəqəmsal əsaslı qiymətləndirmədə iştirak edəcək. Görüşdə PIRLS 2026 üzrə fəaliyyətlər, sorğu və oxuma bacarığını ölçən qiymətləndirmə vasitələrinin hazırlanması, müvafiq istiqamətlər üzrə çərçivə sənədlərinin yenilənməsi, rəqəmsal əsaslı qiymətləndirmənin keçirilməsi və sualların hazırlanması ilə bağlı müzakirələr və qrup işləri təşkil edilib. Görüşlər fevralın 16-dək davam edəcək.
BDU-nun “Gənc istedadlar” liseyinin...
Azərbaycan-Çin əlaqələri siyasi,...
Çinin nümayəndə heyəti BDU-da olub...
ADPU-da müəllimlərin işə qəbulu imtahanı...
Elektron Təhlükəsizlik Xidməti və...