Muxtar respublikada tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə maddi texniki baza gücləndirilir
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bir sıra işlər görülür.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklər həyata keçirilib.
Mərkəzə kardio-reanimasiya, ümumi reanimasiya və kardiocərrahiyyə üçün müvafiq olaraq 2 monitor, ümumicərrahiyyə üçün 1 monitor və transfer üçün 1 monitor avadanlığı alınıb. Cərrahi prosedurların keyfiyyətini artırmaq məqsədilə 2 cərrahi aspirator, 1 audiometriya cihazı, yenidoğulmuşlarda eşitmə qabiliyyətini müayinə etmək üçün 1 cihaz və 2 su distilliyatoru alınıb.
Bundan başqa, mərkəzdə müalicə və prosedurların düzgün idarə olunması üçün 5 ədəd avtomatik şırınqa pompası, 3 ədəd avtomatik infuziya pompası, 1 ədəd anesteziya cihazı, 1 ədəd anesteziya monitoru və 1 ədəd süni tənəffüs aparatı təmin edilib. Digər vacib avadanlıqlar arasında 1 ədəd soyuducu, 3 ədəd tibbi dondurucu və qan bankı üçün 1 ədəd tibbi soyuducu da mövcuddur. Xəstələrin temperaturunun qorunması üçün 1 ədəd isitmə cihazı, 2 ədəd qan və infusiya məhsulları isidicisi, 1 ədəd dondurulmuş qan preparatlarının əridilməsi cihazı alınıb.
Yeni alınan avadanlıqlar arasında 6 bakterisid şüalandırıcı, 8 əsa, 4 camaşır arabası və tibbi tullantıların daşınması üçün 4 araba da var. Laringoskop və videolarinqoskop dəstləri, 1 ədəd radiotezlikli venoz ablasiya cihazı, 1 ədəd əməliyyat masası üçün qızdırıcı və 1 ədəd elektron nebulyazer də alınan avadanlıqlar arasında yer alır.
Reanimasiya və cərrahiyyə sahəsində 13 ədəd 4 motorlu reanimasiya çarpayısı, 10 ədəd 5 motorlu reanimasiya çarpayısı və 23 ədəd reanimasiya çarpayıları üçün döşək mövcuddur. Eyni zamanda, 28 ədəd 3 motorlu cərrahiyyə çarpayısı və 28 ədəd cərrahiyyə çarpayıları üçün döşək alınaraq mərkəzə gətirilib. Xəstələrin daşınması üçün 2 ədəd araba, 2 xərək, 4 əlil arabası, 1 yuma arabası, 2 yemək masası və 1 ədəd xəstə daşıyıcı kran alınıb.
Həmçinin Ailə Sağlamlıq mərkəzləri, Onkoloji Mərkəz və Hemodializ Mərkəzi üçün də bir sıra avadanlıqlar alınıb. Bu mərkəzlərdə təmir işləri başa çatdıqdan sonra avadanlıqlar mərkəzlərin istifadəsinə veriləcək.
DİN kibertalama cinayətləri ilə bağlı...
Media nümayəndələri üçün növbəti “Sosial...
“Qida Təhlükəsizliyi Könüllüləri”...
Vəkillər Kollegiyasının rəhbərliyi...
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ...