Mərkəzi Bank daha bir şirkətə elektron pul təşkilatı fəaliyyəti üçün lisenziya verib
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.
AMB-dan verilən məlumata görə, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 2025-ci il 15 yanvar tarixli Qərarı ilə “Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.
“4Sİ Akademiyası” çərçivəsində “Milli...
Azərbaycan ilə İtaliya arasında...
“Azərkosmos” Papua Yeni Qvineyanı əhatə...
Azərbaycanlı tələbələrin Türkiyədə...
İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda...