14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Filippinin bəzi şəhərlərində həddindən artıq istilər səbəbindən təhsilə ara verilib

03-03-2025
IMG

Filippin Xəbər Agentliyinin  məlumatına görə, hava istiliyinin artması ilə əlaqədar paytaxt Manila başda olmaqla məktəblərdə ehtiyat tədbirləri artırılıb.

Manila meri Honey Lacuna sosial media hesabında həddindən artıq istilərlə əlaqədar Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının tövsiyəsi ilə paytaxtdakı məktəblərdə təhsilin dayandırıldığını açıqlayıb.

Lacuna qeyd edib ki, Manilada səhər saatlarında 36 ilə 38 dərəcə arasında dəyişən temperaturun günortadan sonra 42 dərəcəyə çatacağı gözlənilir.

Bildirilib ki, Las Pinas, Paranaque və Marikina şəhərlərində, eləcə də Manilada məktəblər müvəqqəti olaraq bağlanıb. Digər tərəfdən, Filippin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada istilərin səbəb ola biləcəyi xəstəliklərlə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Filippin Atmosfer Geofizika və Astronomiya Xidmətləri İdarəsi 42 ilə 51 dərəcə arasında olan temperaturu təhlükəli hesab edir.

Paylaş: