Fevral ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 10 mindən çox müraciət daxil olub
Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 418 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 925 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 563 müraciət daxil olub.
BŞTİ-yə 1623 sənəd (vətəndaşlar tərəfindən 396 ərizə, Elm və Təhsil Nazirliyindən 281, digər qurumlardan 262 tabelikdə olan təhsil müəssisələrindən 470 məktub və 214 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 307 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
BDU-nun “Gənc istedadlar” liseyinin...
Azərbaycan-Çin əlaqələri siyasi,...
Çinin nümayəndə heyəti BDU-da olub...
ADPU-da müəllimlərin işə qəbulu imtahanı...
Elektron Təhlükəsizlik Xidməti və...