14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Ekvadorda daşqın: 2 nəfər ölüb, 81 nəfər yaralanıb

04-03-2025
IMG

Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda baş verən daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.

Yerli mətbuatda verilən xəbərə görə, El Oro vilayətinin Pinas qəsəbəsində yağan güclü yağışlar insan tələfatı və böyük dağıntılara səbəb olub.San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalıb, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.

Rəsmi açıqlamalara görə, rayonda 19 ev tamamilə dağılıb, 85 evə, 23 ictimai binaya, səhiyyə ocağına və körpüyə ziyan dəyib.

Ekvador prezidenti Daniel Noboa təbii fəlakətin baş verdiyi Pinas şəhərinə səfər edib, vətəndaşlarla görüşüb.

Yerli rəsmilərlə görüşən Noboa humanitar yardımın sürətləndirilməsi və bölgənin ən qısa zamanda normal vəziyyətə salınması barədə göstəriş verib.

Qeyd edək ki, ölkədə ilin əvvəlindən bu yana davam edən leysan yağışları nəticəsində 14 nəfər həyatını itirib, 73 min insan yağışlardan zərər çəkib.

Paylaş: