AZSTAND SOCAR-ın “Neftqaztikinti Tresti”ni sertifikatlaşdırıb
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti Tresti”nin inteqrə olunmuş idarəetmə sistemini yenidən sertifikatlaşdırıb.
AZSTAND-dan verilən məlumata görə, bu məqsədlə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” və ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartları əsasında uyğunluğun qiymətləndirilməsi xidmətləri göstərilib.
Qeyd edək ki, AZSTAND sertifikatlaşdırma xidmətlərini həyata keçirməklə müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin dövlət və beynəlxalq standartların tələblərinə uyğunluğunu yoxlayır, onların təkmilləşdirilməsinə dəstək olur.
“Azərkosmos” Papua Yeni Qvineyanı əhatə...
Azərbaycanlı tələbələrin Türkiyədə...
İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda...
“Biznesə daxilolma” İşçi qrupunun iclası...
Britaniyanın Vergi və Gömrük...