14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə start verib

04-03-2025
IMG

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

Boks Federasiyasından verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

54 kiloqram çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 finalda qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. O, rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Z. Hümbətov növbəti görüşündə qırğızıstanlı İlgiz Korqonbayevlə gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.

Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.

Paylaş: