14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Avropa Birliyi su və okeanlarla bağlı gələcək siyasətini müzakirə edir

04-03-2025
IMG

Avropa İttifaqının  balıqçılıq və okeanlar üzrə komissarı Kostas Kadis Brüsseldə keçirilən və həftə boyu davam edəcək “Avropa Okean günləri” proqramının açılışında çıxış edib.O, okeanların hələ də həddindən artıq balıqçılıq, plastik çirklənmə və iqlim dəyişikliyinin təsiri kimi bir çox problemlə üzləşdiyini və bu mövzuda yeni bir razılaşma üzərində çalışdıqlarını bildirib. 

Okeanlar, dənizlər və suların əhəmiyyətini müzakirə etmək üçün okean mütəxəssisləri, dəniz alimləri, balıqçılar, siyasətçilər, icma liderləri, gənclər, sahibkarlar və maraqlı tərəfləri bir araya gətirməkdən məmnun olduğunu ifadə edən Kadis Aİ-nin davamlı mavi iqtisadiyyata və okeanların qorunmasına böyük əhəmiyyət verdiyini açıqlayıb. Okeanların dünya səthinin yüzdə 70-dən çoxunu əhatə etdiyini, iqlimi tənzimlədiyini, həm dənizdə, həm də quruda həyatı təmin edən əsas qaynaqları təmin etdiyini xatırladan Kadis "Okeanlar hələ də həddindən artıq balıq ovu, plastik çirklənmə və iqlim dəyişikliyinin təsiri kimi bir çox problemlə üzləşirlər"-deyə bildirib. 

Avropa Okean Paktı adlı bir təşəbbüs üzərində çalışdıqlarını ifadə edən Kadis bu paktla açıq hədəflər təyin etməyi və okeanla bağlı bütün AB siyasət sahələrində ardıcıllığı təmin etməyi hədəflədiklərini açıqlayıb. 

Kadis  rəqabət qabiliyyətli  Avropa mavi iqtisadiyyatını inkişaf etdirməyi, okean sağlamlığını, məhsuldarlığını və dayanıqlığını qorumaq və bərpa etməyi, qlobal okean idarəçiliyi və diplomatiya qurmağı hədəflədiklərini deyib.

Qeyd edək ki, Avropa Okean Günləri çərçivəsində 3-7 mart tarixləri arasında Brüsseldə müxtəlif proqramlar keçiriləcək. Okeanlar və sular, davamlı mavi iqtisadiyyat, balıqçılıq elmi, mavi sərmayələr və bu sahədə müxtəlif fəaliyyətlərə həsr olunmuş görüşlər olacaq.

Paylaş: