14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Agentlik: Bir həftə ərzində 4000-ə yaxın şagirdin yerdəyişməsi tamamlanıb

04-03-2025
IMG

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Şagirdlərin elektron yerdəyişməsi prosesi “sy.edu.az” sistemi vasitəsilə həyata keçirilir.

Paylaş: