ABŞ-da əskinasların üzərinə Trampın şəklini daxil edəcək qanun layihəsi
ABŞ Konqresinin Nümayəndələr Palatasının iki üzvü Benjamin Franklinin 100 dollarlıq əskinaslarda yer alan şəklinin prezident Donald Trampın şəkli ilə əvəzlənməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.
Respublikaçı Nümayəndələr Palatasının üzvləri Brandon Gill və Troy Nehls X sosial media platformasındakı paylaşımlarında “Qızıl Dövr 2025 Aktı” adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıblar.
"Heç kim Amerikanı qızıl dövrə gətirmək üçün Prezident Trampdan daha çox iş görməyib. Onun 100 dollarlıq əskinasa daxil edilməsi növbəti 4 il ərzində görəcəyi hər şeyi şərəfləndirmək üçün kiçik bir yoldur" – deyə Nehls bildirib.
Gill qanun layihəsinə dəstək istəyib və “Gəlin, tarix yazaq” deyib.
Bildirilir ki, təklif qanuniləşdirilərsə, Trampın şəkli 2028-ci il dekabrın 31-dən sonra çap olunan bütün 100 dollarlıq əskinaslarda əks olunacaq.
Türkiyənin Avropa İttifaqına üzvlük...
Ötən il Avropada son 27 ildə ən yüksək...
İstanbul hava məkanında "leylək"...
ABŞ-da yumurta böhranı...
Mozambik və Malavidə "Jude" qasırğası...