Türkiyə 5G texnologiyasına keçir
Bu barədə məlumat verən Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu 5G sınaq prosesinin davam etdiyini bildirib. Nazir Türkiyənin meqa layihələri və nəqliyyat-kommunikasiya sərmayələrini açıqlayaraq beynəlxalq layihələr haqqında da məlumat verib.
5G ilə 10 qat daha sürətli internet istifadə ediləcəyini bildirən nazir “Sınaq məqsədi ilə bunu 34 mərkəzdə tətbiq etdik. İstanbul hava limanı da onlardan biridir. Tenderi bu il keçirəcəyik və 2026-cı ildə bütün Türkiyədə 5G-yə keçəcəyik.”-deyə fikirlərini açıqlayıb.
Nazir uşaqlar üçün sosial medianın tənzimlənməsi istiqamətində işlərin davam etdiyini də deyib.
16 yaşından kiçik uşaqların sosial mediaya çıxışının tənzimlənməsinin vacibliyini bir daha vurğulayan Uraloğlu “Bizim fikrimiz kiminsə bir şeyə girməsinə mane olmaq deyil. 16 yaş yeniyetməlik dövrüdür, bu yaşdan sonra onların mühakiməsi daha inkişaf edir və qarşılaşdıqları hər hansı məlumatı və ya mühiti daha asan təhlil edə bilirlər. Ona görə də bizdə belə bir yanaşma var ki, onlar daha düzgün mühakimə yürütəcəklər, özlərini daha çox təhsilə həsr edəcəklər.“ -deyərək fikirlərini əsaslandırıb.
Nazir Ankara ilə İstanbul arasında çəkilməsi planlaşdırılan super sürətli qatar xətti haqqında da məlumat verib və 344 kilometr uzunluğunda və saatda 350 kilometr sürətə malik bir xətt üzərində çalışdıqlarını bildirib.
Guizhou elmi səyahətləri ilə...
Sənətin içindəki gizli riyaziyyat...
Kolumbiyada meşələrin qırılması 2024-cü...
Ərzurumda 4,4 bal gücündə zəlzələ olub...
“Microsoft” 2030-cu ilədək kvant...