20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

Süni intellekt özünü təkrarlaya bilər

18-02-2025
IMG

Çin alimləri iki məşhur dil modelinin özünü necə kopyalaya biləcəyini göstərərək, süni intellektin özünü təkrarlamaq qabiliyyətinə malik olduğunu və bunun təhlükəli olduğunu bildiriblər.

Fudan Universitetinin tədqiqatçıları “Meta” və “Alibaba”ya aid iki böyük dil modelindən istifadə edərək süni intellektin özünü təkrarlama qabiliyyətini tədqiq ediblər. Araşdırmaya görə, bu modellər insan müdaxiləsi olmadan özlərini kopyalaya bilirlər. Tədqiqatın nəticələri bəyanatda belə ifadə olunub: “Süni intellektin özünü təkrarlama qabiliyyəti insanları ötmək yolunda kritik bir addımdır və bu, üsyankar süni intellektin ilkin əlamətidir”. 

Tədqiqatçılar 10 sınaq keçiriblər və bu sınaqlarda modellər müvafiq olaraq yüzdə 50 və 90 faiz nisbətində özlərini kopyalayıb. Bu, süni intellektin nəzarətsiz şəkildə yayılma qabiliyyətinə malik ola biləcəyini göstərir. Bununla belə, bu araşdırma hələ də resenziyalı bir jurnalda dərc edilmədiyindən, nəticələrin digər tədqiqatçılar tərəfindən təsdiqlənə biləcəyi aydın deyil.

Tədqiqatçılar süni intellektin potensial risklərini anlamaq və qiymətləndirmək üçün daha çox səy göstərilməli olduğunu və effektiv təhlükəsizlik tədbirlərinin yaradılması üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu bildiriblər.

Paylaş: