20 fevral 2025, cümə axşamı Bakı, 2°C
IMG-LOGO

Santorinidə vulkanik kəşfiyyat

17-02-2025
IMG

Bu səhər yerli vaxtla saat 09.49-da Yunanıstanın Santorini və Amarqos adaları arasında 5,1 bal gücündə yeni zəlzələ baş verib. Yanvarın 26-dan bəri dəfələrlə baş verən zəlzələlərdən sonra vulkan püskürmələri ilə bağlı narahatlıqlar artıb. Mütəxəssislər Kolumbo vulkanını diqqətlə izləyərkən elmi araşdırmalar üçün Egey dənizinə yanaşıb. Gəmidə olan elm adamları maqmanın qaynadığı bölgələrdə zəlzələlərə və vulkanların fəaliyyətinə cavab axtaracaqlar. 

Bu zəlzələdən əvvəl Amorgosun Arkesini şəhərindən 20 km cənub-cənub-qərbdə, saat 09.46-da Rixter cədvəli üzrə 4,2 bal gücündə daha bir zəlzələ baş verib.

Yunanıstan görünməmiş seysmik ardıcıllıqlara cavab axtaran və Kiklad adalarının dərinliklərindəki vulkanik zonanın oyanıb-oyanmadığını görməyə çalışan okeanoqrafik  “Aegean” (“Egey”) gəmisi artıq kəşfiyyata başlayıb. 

Gəmi yüksək dəqiqlikli ölçmələr aparmağa, seysmik fəaliyyətləri real vaxt rejimində izləməyə və Yerin geodinamik proseslərinin başa düşülməsinə töhfə verməyə imkan verən qabaqcıl alətlərlə təchiz edilib və tədqiqat səviyyəsində daha çox şey təklif edə biləcəyi gözlənilir.

Paylaş: