ABŞ-a məxsus sərnişin təyyarəsi Torontoda qəzaya uğrayıb
ABŞ-ın “Delta Hava Yolları”na məxsus sərnişin təyyarəsi Kanadanın Toronto şəhərində Pirson hava limanına enərkən çevrilib.
Fhnews.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti nisbətən ağır qiymətləndirilir, lakin həyati təhlükələri yoxdur.
Hadisə yerindən çəkilmiş videoda təyyarənin qarlı uçuş-enmə zolağı üzərində tərsinə çevrildiyi, həmçinin təyyarənin üzərinin də qarlı olduğu görünür.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, 4819 saylı reysin bütün 80 sərnişini və ekipaj üzvləri təxliyə edilib. Uçuş ABŞ-ın Minneapolis şəhərindən həyata keçirilib.
Lufthansa aviaşirkəti Qazaxıstana...
Almaniyanın çip istehsalı müəssisəsinə...
Bu gün Ümumdünya Sosial Ədalət günüdür...
Türkiyə 5G texnologiyasına keçir...
Botsvana güclü yağışlar səbəbindən...