21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

ABŞ-də iki təyyarə toqquşub, ölənlər var

20-02-2025
IMG

ABŞ-nin Arizona ştatında iki təyyarənin toqquşması nəticəsində ən azı iki nəfər həlak olub.

Fhnews.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Hadisə Maranya departamentinin Tukson şəhərinin kənarındakı hava limanı yaxınlığında baş verib.

Belə ki, havada “Cessna 172S” və “Lancair 360 MK II” tipli yüngül təyyarələr toqquşub. Təyyarələrdən birinin insidentsiz yerə endiyi, digərinin isə uçuş-enmə zolağına az qalmış yerə çırpıldığı və alovlandığı güman edilir.

Maranya polis idarəsi ölən iki nəfərin bir təyyarədə olduğunu, digər təyyarədə olan iki nəfərin isə xəsarət almadığını təsdiqləyib. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Paylaş: