21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

20-02-2025
IMG

Fevralın 25-i saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.

Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, fevralın 25-dən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Paylaş: