22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

21-02-2025
IMG

Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevralın 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu il fevralın 9-10-da olan rekord (9.6 dərəcə şaxta) yenilənib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub.

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin həmin illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”, - deyə Xidmət rəisi bildirib.

Paylaş: