22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Havay adasındakı Kilauea vulkanında növbəti püskürmə

21-02-2025
IMG

ABŞ-nın Havay adasındakı Kilauea vulkanında dekabrın 23-dən vulkanik aktivlik davam edir. Dünyanın ən aktiv vulkanlarından biri kimi tanınan Kilauea vulkanı dekabr ayından bəri 10-cu dəfə püskürüb.

Havay Vulkanları Rəsədxanasının verdiyi açıqlamaya görə, yerli vaxtla saat 20.22-də Havay Vulkanları Milli Parkındakı vulkanın zirvə kraterində partlayış baş verib.

Partlayışın milli parkla məhdudlaşdığı və yaxınlıqdakı ərazilər üçün təhlükə yaratmadığı bildirilib.

Qeyd edək ki,  1924-1952-ci illər arasındakı sakit dövr istisna olmaqla, müntəzəm vulkan püskürmələrinin baş verdiyi Kilauea vulkanında 2018-ci ildə təxminən 3 ay davam edən püskürmələr nəticəsində 700-dən çox ev dağılıb.

Paylaş: