22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Azərbaycan atleti Türkiyədə gümüş medal qazanıb

21-02-2025
IMG

Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş “Ruhi Sarıalp tullanmalar kuboku”nda gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, idmançı qadınlar arasında üçtəkanla tullanma növü üzrə qüvvəsini sınayıb.

O, 13.38 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Paylaş: