Vyetnam 8 milyard dollarlıq dəmir yolu layihəsini təsdiqləyib
Vyetnam Parlamenti ölkənin paytaxtı və şimal liman şəhərlərini Çin sərhədinə birləşdirəcək dəmir yolu xətti layihəsini təsdiqləyib.
“Vietnam News” qəzetinin məlumatına görə, Vyetnam və Çini birləşdirəcək, nəqliyyat tələbatını qarşılayacaq və ölkələr arası ticarəti gücləndirəcəyi planlaşdırılan 8 milyard dollarlıq dəmir yolu layihəsi üçün parlamentdə səsvermə keçirilib.Layihə səs çoxluğu ilə qəbul edilib.
Çinin cənub-qərbindəki Yunnan əyalətinə qədər uzanması planlaşdırılan xətt təxminən 390 kilometr uzunluğunda olacaq və paytaxt Hanoydan, Hayfonq və Lao Cai liman şəhərlərindən keçəcək.
Vyetnam layihəni 2030-cu ilə qədər başa çatdırmağı hədəfləyir.
Norveçdə şimal işıqları: təbiətin...
Arxeoloqlar Homo sapiensə aid 80 min...
Astronomlar ilk dəfə Günəş sistemindən...
Çin Yerə yaxın asteroiddən nümunələr...
Pakistanda mikroavtobusun dərəyə aşması...