20 fevral 2025, cümə axşamı Bakı, 0°C
IMG-LOGO

İtaliyanın Kampi Fleqrey şəhərində seysmik aktivlik artıb

18-02-2025
IMG

Son bir neçə gündür İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində seysmik aktivlik artıb.

Fhnews.az xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) bölgədə müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olduğunu açıqlayıb. Ötən gecə isə 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Pozzuoli qəsəbəsindən 5 kilometr aralıda olan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar əhali arasında təşviş yaradır. Bölgədəki bələdiyyələr evlərində qalmaq istəməyən vətəndaşlar üçün iki idman zalı təchiz edib. Onlara termal yorğanlar da daxil olmaqla əsas ləvazimatlar paylanılıb. İbtidai və orta məktəblərdə ehtiyat tədbiri olaraq tədris dayandırılıb.

Milli Mülki Müdafiə Departamentinin rəhbəri Fabio Çiçilianonun bu gün bölgədəki vətəndaşlarla məlumatlandırıcı görüş keçirəcəyi bildirilib.

Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik isə 1980-ci illərin əvvəllərində qeydə alınıb.

İtaliya hökuməti yüksək riskli bölgə olan Kampi Fleqreydən kütləvi evakuasiya ilə bağlı fövqəladə vəziyyət planını 2023-cü ildə yeniləyib.

 
Paylaş: