20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

17-02-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Səbail rayon 7 nömrəli, Suraxanı rayon 270 nömrəli, Nəsimi rayon 159 nömrəli tam orta məktəblərində və Qaradağ rayon 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam orta məktəbində və Sumqayıt Bələdiyyəsinin 16-cı mikrorayon, 51-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin nümayəndələri ilə, Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir şəhər Q.Mirzəməmmədov adına və Göygöl şəhər 6 nömrəli tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu, M.Bilalov adına Aydınqışlaq, İ.Cəbrayılov adına Zarağan kənd 1 nömrəli, E.Məmmədov adına Tövlə və Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonu, Gəndov kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Salyan şəhər A.Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə, Cənub Regional Mərkəzi tərəfindən DİN Astara Rayon Polis Şöbəsində, Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayonu, Zobucuq-3 qəsəbə 33 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər 5 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: